تبليغاتX
حزب استقلال آذربایجان جنوبی - به مناسبت 21 فوریه روز جهانی زبان مادری
قاشقای ائلی،ارومیه،تبریز،تهران،زنجان،اردبیل،همدان،قزوین،مرکزی،قم،کرج،غرب گیلان،قروه،بیجار،سنقر...

 

21fevral Beynəlxalq Ana dili günü

münasibətilə

GAİP XƏBƏR Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) 21 fevral Beynəlxalq Ana dili günü ilə bağli bəyanat yayip .

 

 

 

bayrax_1.gif

Beynəlxalq Ana dili günü 1999-cu ildə UNESCO Baş Konfransının 30-cu sessiyasında təsdiq olunub. Eyni zamanda tövsiyyə olunub ki, ölkələrin rəsmi dili ilə yanaşı ölkə daxilində yaşayan digər millətlətin dilləri də rəsmiyyətdə tanınmalı, bütün sahələrdə istifadə olunmalı və onun inkişafına şərait yaradılmalıdır. BMT Baş Assambleyası Ana dilinin əhəmiyyətini nəzərə alaraq 2008-ci ili Beynəlxalq Dillər İli elan etmişdi. Lakin, iran adlanan ölkədə 85 ildən bəri davam edən irqçi və şovinist siyasətin davamçıları olan molla rejimi orada yaşayan qeyri fars millətləri bu gün də ən ibtidai hüqüqlarından, o cümlədən ana dillində təhsil almaq, ana dilində mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətinin inkişaf etdirilməsi üçün hər hansı mədəni tədbirlərin keçirilməsindən məhrum edib. Bütün bu haqsızlığa sivil şəkildə öz etirazını bildirən insanlar ən ağır fiziki və mənəvi işgəncələrə məruz qalırlar.

Dil - hər bir millətin mədəniyyətinin ən əsas inkişaf amili, milli və tarixi dəyərlər sisteminin əsas göstəricisidir və bir dilin məhv edilməsi bir millətin məhvi deməkdir. Fars molla rejimi də iran adlanan ölkədə yaşayan 35 milyon Azərbaycan türkünün Ana dilini yasaqlamaqla, bizə milli kimliyimizi, tariximizi unutdurmaga çalışır. Azərbaycan türkcəsi öz fonetik  ahənginə və qrammatikasına gorə dünyanın ən təkmil dillərindən biri olduqu halda, uşaqlarımız öz ana dilində yox, yad və qeyri-mükəmməl fars dilində təhsil alır və bu zorakılıq nəticəsində assimilə olunurlar. Lakin, buna qarşı mübarizə aparan azərbaycan türkləri bu gün də rejim tərəfindən basqıya və zorakılıga məruz qalmaqdadırlar. Faşist fars rejiminin iran adlanan ölkədə yaşayan qeyri-fars millətlərə, o cümlədən çoxumluqda olan Azərbaycan türklərinə qarşı yürütdüyü milli, mədəni , siyasi, iqtisadi ayrıseçkilik siyasətinə son qoymaq üçün orada yaşayan millətlər davamlı etirazlarını bildirməli və rejimdən bu siyasətə son qoymasını tələb etməlidirlər.

Azərbaycan türklərinə qarşı fars şovinist rejiminin 85 illik dövlət səviyyəsində apardığı assimilə siyasətini nəzərə alaraq və bu acı təcrübədən yola çıxaraq Güney Azərbaycan İstiqlal Partiyası hesab edir ki, Ana dilimizi yaşatmagın, onu yad ünsürlərdən qorumagın və onun inkişafının yeganə yolu millətimizin istiqlala qovuşmasının keçir. Bunun üçün bir millət olaraq öz gücümüzə arxalanmalı və rejimə qarşı haqlı mubarizəmizi davam etdirməklə bütün dünyaya sübut etməliyik ki, zəngin milli, mənəvi və tarixi varlığa malik Azərbaycan türkü öz ana dilində təhsil almaga, özünün azad, sivil və müstəqil dövlətində yaşamaga layiq olan bir millətdir.

Güney AZərbaycan İstiqlal Partiyası 19.02.2009

tarix ( Friday, 20 February 2009 )
 

+  2009/2/20یازیلمیش   زامان اوختای بابایی عجب شیر  |