تبليغاتX
حزب استقلال آذربایجان جنوبی - گونئی آزربایجان ایستیقلال ( باغیمسیزلیق ) پارتیسی باراک اوبامایا موراجیعت ائدیب
قاشقای ائلی،ارومیه،تبریز،تهران،زنجان،اردبیل،همدان،قزوین،مرکزی،قم،کرج،غرب گیلان،قروه،بیجار،سنقر...

 

Güney Azərbaycan İstiqlal Partiyası Barak

Obamaya müraciət edib

 

   

logo2-276x276.jpgGAİP XƏBƏR Güney Azərbaycan İstiqlal Partiyası İrandakı insan haqları pozuntuları və bu ölkədə yaşayan Azərbaycanlıların durumu ilə bağlı ABŞ prezidenti Barak Hüseyn Obamaya müraciət edib.

 Partiyanın mətbuat xidmətindən APA-ya verilən bilgilere görə, müraciətdə İranda Azərbaycanlıların haqlarının pozulması B. Obamanın diqqətinə çatdırılıb: “İrandakı fars azlığı irqi ayrı-seçkilik rejimi yaradaraq Azərbaycanlıları öz dilindən, təhsilindən, mədəniyyət və tarixindən məhrum edir. Cənubi Azərbaycan xalqı olaraq azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə apardığımızı diqqətinizə çatdırmaq istəyirik. Tehranın terrorçu rejimi nüvə silahına malik olmağa çalışır. Bu, dünyanın güc balansını pozacaq və fəlakətli qarşıdurmalara səbəb olacaq”.

 

“Biz ABŞ-ın dostuyuq” deyən müraciət müəllifləri İranda fars şovinist rejiminin tələsinə düşmüş 30 milyondan artıq Azərbaycanlı olduğunu qeyd ediblər: “bölgede sülhə aparan yol Güney Azərbaycan xalqının özgürlüğü və insan haqlarının təmin olunmasından keçir. Bizim diqqətə ehtiyacımız var. Bizi Amerikanın müttəfiqi kimi qəbul etməyinizi arzulayırıq”.apa

GAİP-dan ABS başbakani OBAMAya mektub

 

+  2009/2/3یازیلمیش   زامان اوختای بابایی عجب شیر  |